Quti “Beşiktaş”dan ayrılır

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin köməkçisi Quti klubdan ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, Qutinin yeni mövsümdə “qara qartallar”da baş məşqçi təyin olunmayacağı təqdirdə, ayrılacağı bildirilib.

Şenol Günəş mövsümün sonunda “Beşiktaş”dan ayrılacaq. O, bir müddət əvvəl Türkiyə milli komandasına baş məşqçi təyin olunub.

Quti 2018-ci ilin yayından “Beşiktaş”da çalışır.