Qurbanovun istefası qəbul edildi, Məlikov məşqçiliyə başladı

“Şamaxı” klubunun rəhbərliyi baş məşqçi Sənan Qurbanovun istefasını qəbul edib.

Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi bəyanat yayıb.

Sənan Qurbanov Premyer Liqanın 23-cü turunda “Qarabağ”a 0:8 hesablı məğlubiyyətin ardından istefa verib. Qurbanovun qərarını bu gün müzakirə edən rəhbərlik istefanı qəbul edib. Baş məşqçi vəzifəsinin icrası Rüstəm Əliyevə tapşırılıb.

Komandanın sabiq futbolçusu Rail Məlikov isə “Şamaxı-2″nin baş məşqçisi olub. Məlikov “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları 22-ci tur matçından əvvəl futbolçu karyerasını bitirmişdi.

Sənan Qurbanov “Qarabağ”a 0:8 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 23-cü turunun oyunundan sonra istefa verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button