Qurbanlının komandası yoxlama oyununda uduzdu

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” (İsveç) yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Kanar adalarında təlim-məşq toplanışında olan komanda İsveçin digər yüksək liqa təmsilçisi “Myallbu” ilə qarşılaşıb.

Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Musa fasilədən sonra meydana daxil olub və sona qədər oynayıb.

İsveçdə daxili çempionata ötən ilin noyabr ayında yekun vurulub. “Yurqorden” 4-cü yeri tutub. Yeni mövsümə isə martın 31-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button