Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Rakuv” (Polşa) matçından əvvəl təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Komanda.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 1-də, saat 17:15-də “Azersun Arena”da baş tutacaq. Saat 17:45-də isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın mətbuat konfransı saat 18:30-da, açıq məşqi isə saat 19:00-dа Bakı Olimpiya Stadionunda reallaşacaq.

“Qarabağ” – “Rakuv” oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Komandalar arasında Polşada baş tutan ilk matç “Rakuv”un qələbəsiylə başa çatıb – 3:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button