Qurban Qurbanov – 400!

“Qarabağ” Azərbaycan Premyer Liqasının 29-cu turunda “Kəpəz”i məğlub edib (3:1).

Komanda.az xəbər verir ki, həmin qarşılaşma Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

O, karyerasında 400-cü qələbəsini qazanıb. Bu, Qurbanovun baş məşqçi karyerasında 704-cü matçda reallaşıb.

25-ci turun “Qəbələ” ilə görüşündə 700-cü dəfə meydana komanda çıxaran mütəxəssis qısa müddətdə növbəti yubileyini gerçəkləşdirib. Hər iki görüşdə onun futbolçuları 3:1 hesablı qələbə qazanıb. 704 qarşılaşmada 178 “sülh” və 126 məğlubiyyət qeydə alınıb.

Qurbanov karyerası ərzində üç komandaya – “Neftçi”, “Qarabağ” və Azərbaycan millisinə rəhbərlik edib. O, “köhlən atlar”la 371, “ağ-qaralar”la 25, yığmada 4 uğura sevinib.

Qurban Qurbanovun baş məşqçi kimi ilk qələbəsi debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button