“Qrizmann nə vaxtsa mütləq qol vuracaq” – Benzema

Fransalı hücumçu Kərim Benzema UEFA Millətlər Liqasında Avstriya ilə heç-heçədən (1:1) sonra komanda yoldaşı Antuan Qrizmanna dəstək olub. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Qrizmannın nə vaxtsa qol vura biləcəyini deyib:

“Mən bura kimisə müzakirə etmək və qiymətləndirmək üçün gəlməmişəm. Biz hamımız, kimin qol vurmasından asılı olmayaraq, bütün oyunçulara kömək etmək üçün buradayıq. Önəmli olan odur ki, Antuan işləməyə davam edir və nə vaxtsa mütləq qol vuracaq. Ona görə də, ümid edirəm ki, növbəti oyunda qol vurar və ya ötürmə edər. Bütün böyük oyunçular bunu yaşayıb: Zidan, Ronaldo, Kriştiano Ronaldo. O, mütləq qayıdıb qol vuracaq. Qrizmann komandaya kömək etməyə davam etməlidir”.

Avstriya millisinin növbəti rəqibi Danimarka olacaq, Fransa isə Xorvatiya ilə qarşılaşacaq. Qarşılaşmalar iyunun 13-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button