DÇ-2022: Qrizmann Poqbanı təəccübləndirib

Fransalı futbolçu Pol Poqba sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, Fransa millisinin və “Atletiko”nun hücumçusu Antuan Qrizmannı “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kanteyə bənzədib:

“Antuan Qrizmann məni təəccübləndirdi. O, insanları təəccübləndirmək üçün kifayət qədər intellektə və keyfiyyətlərə malik oyunçudur. Antuan Qətərdəki dünya çempionatında daha çox Kanteyə bənzəyir”.

Fransa millisi DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub edərək (2:0), həlledici oyuna vəsiqə qazanıb. Onların finaldakı rəqibi Argentina yığması olacaq. Oyun dekabrın 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button