Qoretska “Bayern”dən ayrılacaq – Yayda

“Bayern”in idman direktoru Kristof Fround yarımmüdafiəçi Leon Qoretskanın mövsümün sonunda klubdan ayrılacağını təsdiqləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun rəsmisi futbolçu ilə açıq danışdıqlarını bildirib:

“Biz Leonla açıq danışdıq və yayda nə baş verəcəyini bildik. İndi deyə bilərik ki, onun “Bayern”dəki vaxtı yayda başa çatacaq. O, 8 uğurlu ildən sonra başqa klubda davam edəcək”.

30 yaşlı futbolçu 2018-ci ildən “Bayern”in formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 28 oyuna çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button