
“Bayern”in hücumçusundan gələcəyi haqda açıqlama
“Bayern”in hücumçusu Serj Qnabri klubdakı gələcəyi barədə açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu vəziyyətin çox sakit olduğunu bildirib:
“Vəziyyət çox sakitdir. Biz danışırıq. Görək, nəticəsi nə olacaq. Hazırda hər şey yaxşıdır və şərtlər hər kəsi razı salır”.
“Bayern” 30 yaşlı futbolçuya müddəti 2028-ci ilə qədər olan müqavilə təklif etməyi planlaşdırır, ancaq maaşda azalma nəzərdə tutulub.
Qnabrinin klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



