“Real” almaniyalı hücumçunu transfer edə bilər

“Real” “Bayern”in hücumçusu Serj Qnabri ilə maraqlanır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” yayda Qnabri üçün hərəkətə keçə bilər.

26 yaşlı futbolçunun Münhen klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir.

Almaniyalı hücumçu 2018-ci ildən “Bayern”də çıxış edir.

Qnabri bu mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb, 17 qol vurub və 10 məhsuldar ötürmə edib.

Daha əvvəl məlumat verilmişdi ki, “Liverpul” və “Bayern” Sadio Maneni Qnabri ilə dəyişə bilər.