Rivaldo: “Vinisius “qızıl top”a layiqdir”

Braziliya millisinin və “Barselona”nın sabiq hücumçusu Rivaldo bu il “qızıl top”u kimin almalı olduğu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, keçmiş futbolçu, “qızıl top”a Vinisius Juniorun layiq olduğunu bildirib:

“Vinisius “qızıl top”a layiqdir. Bu oğlan çox məşq edib və indi onun irəliləyişini görürük. O, bu mükafat üçün oynadı. Vinisius Amerika kubokunun çempionu olarsa, onun şansı daha da artacaq”.

“Real”ın hücumçusu ötən mövsüm La Liqada 26 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Vinisius “kral klubu” ilə İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button