Çempion oldu, göndərirlər – Azərbaycanda işləmiş məşqçini

Qazaxıstanın “Astana” klubunun baş məşqçisi Roman Qriqorçuk ilin sonunda komandadan ayrılacaq.

Komanda.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Xəbərdə, “Astana” rəhbərliyinin daha bir illik müqaviləsi olan Qriqorçukun təzminat məsələsini həll etdikdən sonra onunla anlaşmaya xitam verəcəyi bildirilir.

54 yaşlı mütəxəssisin rəhbərlik etdiyi “Astana” bu mövsüm 69 xalla Qazaxıstan çempionu olub.

Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”nin “sükanı arxasında” çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button