“Qaradağ Lökbatan” həvəskar komandaya uduzdu


Region Liqasında ikinci dövrənin hazırlığına start verən “FC Baku” bu gün ilk yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, paytaxt klubu “Dalğa Arena”da 1-ci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb. Görüş “FC Baku”nun 1:0 hesablı qələbəsiylə başa çatıb.

Sabir Allahquliyevin 80-ci dəqiqədə vurduğu qol matçda yeganə olub.

“FC Baku”nun heyətində Vüqar Nadirov, Aleksandr Şemonayev, Murad Səttarlı, Tərlan Qasımzadə kimi futbolçular yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button