
“Qaradağ Lökbatan” 13 qol vurdu, qalib gəldi
Futbol üzrə Azərbaycan 2-ci Liqasında 14-cü tura start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Araz Saatlı”ya 13 qol vuran “Qaradağ Lökbatan” liderliyi ələ keçirib. Digər matçlarda isə “Xankəndi” və “Quba” qələbə qazanıb.
2-ci Liqa, 14-cü tur
22 dekabr
“Qaradağ Lökbatan” – “Araz Saatlı” 13:1
Qollar: R.Orucov, 1, 6, 20, 46, 54, F.Abbaslı, 8, 14, 26, İ.Hüseynov, 37, 44, T.Nəsibov, 47, R.Quliyev, 61, S.Allahquliyev, 83 – R.Əvəzov, 68
“Quba” – “Ağdaş” 6:1
Qollar: İ.İbrahimli, 3, N.Mollayev, 44, B.Köçərli, 54, V.Cəfərov, 77 (pen, 77, 90 – V.Nəsirov, 84
Qırmızı vərəqə: R.Əhmədov, 88 (“Ağdaş”)
“Şəki Siti” – “Xankəndi” 1:2
Qollar: R.Məhərrəmov, 15 – B.Teymurov, 26, 90+1
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



