“Qarabağ”ın “Bazel”lə oyununun hakimləri bilindi

“Qarabağ”ın UEFA Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda İsveçrədə “Bazel”ə qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Fran Yoviç olacaq. Ona yan xətt hakimləri Hrvoye Radiç və Luka Puşiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İvana Martinçiç yerinə yetirəcək.

Dekabrın 9-da “Sent Yakob Park”da keçiriləcək “Bazel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button