“Qarabağ”ın tempinə uyğun çıxış etməliyik” – “Rakuv”un kapitanı

Polşanın “Rakuv” klubunun kapitanı Zoran Arseniç “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu ərəfəsində fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hamınızı salamlayıram. Bu mərhələyə qədər gəldiyimiz üçün şadıq. Avrokuboklarda çıxış etmək hər bir futbolçu üçün vacibdir. Sabahkı matç üçün kifayət qədər hazırlaşmışıq”.

Arseniç “köhlən atlar”ın güclü olduğunu bildirib:

“İlk oyunda “Qarabağ”ın güclü olduğunu gördük. Mütləq diqqətli olmalıyıq. “Qarabağ”ın tempinə uyğun çıxış etməliyik”.

Xatırladaq ki, ilk görüş Polşa təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button