“Qarabağ”ın rəqibinin futbolçusu narazıdır

“Nyukasl”ın hücumçusu Nik Voltemade vətəninə – Almaniyaya qayıtmaq niyyətindədir.

Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, 24 yaşlı forvard İngiltərəyə uyğunlaşa bilməyib və son vaxtlar əsas heyətdə yerini itirdiyi üçün komandadakı vəziyyətindən narazıdır.

Voltemade “Ştutqart”a qayıtmaq istəyir, ancaq ən böyük hədəfi “Bayern”dir. Münhen klubu onunla “Nyukasl”a keçmədən əvvəl maraqlanmışdı.

“Sağsağanlar”ın heyətində bütün turnirlər üzrə 38 oyuna çıxan Voltemade, 10 qol vurub və 4 məhsuldar ötürmə verib. Klub yayda onu satmaq imkanını nəzərdən keçirə bilər.

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda bu gün “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də, İngiltərədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button