“Qarabağ”ın rəqibinin baş məşqçisi: “Şanssız idik”

“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqada “Sanderlend”lə 1:1 hesablı heç-heçəni şərh edib.

“Qırmızılar” 67-ci dəqiqədə qol buraxsa da, 81-ci dəqiqədə Florian Virtsin zərbəsindən sonra Nordi Mukieleyə dəyən top istiqamətini dəyişərək qapıya daxil olub və hesab bərabərləşib.

Komanda.az xəbər verir ki, “Sky Sports”-a danışan Slot oyunla bağlı bunları deyib:

“Bu gün öz qapımız qarşısında çox az təhlükə gördük, amma özümüz də kifayət qədər imkan yarada bilmədik. Qol epizodunda şanssız idik. “Sanderlend”i məğlub edə bilməməyimizin səbəbləri var və digər komandalara qarşı da onların çətinlik yaratması təsadüf deyil”.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir. Premyer Liqanın son çempionu hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Komanda 14 turdan sonra 22 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button