
“Qarabağ”ın rəqibinin baş məşqçisi: “Rəhbərlik hər dəqiqə mənə zəng etmir”
“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən biri olan “Liverpul”un baş məşqçisi Arne Slot ardıcıl pis nəticələrdən sonra klub rəhbərliyinin ona olan etibarı ilə bağlı sualı cavablandırdı.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəhbərliklə əlaqə saxladığını bildirib:
“Liverpul” rəhbərliyi ilə əlaqə saxlayıram, əlaqə saxlayırıq, amma hər dəqiqə mənə zəng edib hələ də mənə etibar etdiklərini demirlər. Söhbətlər yaxşı gedir, hiss edirəm ki, etimad var, amma PSV ilə oyundan bəri danışmamışıq. Görərik”.
Daha əvvəl İngiltərə klubunun niderlandlı mütəxəssisi işdən çıxarmağı ciddi şəkildə düşündüyü bildirilib.
“Qırmızılar” çərşənbə günü Çempionlar Liqasında Enfilddə PSV-yə 1:4 hesabıyla məğlub olublar. Bu, komandanın ardıcıl üçüncü məğlubiyyətidir.
Bizi Facebook-da izləyin



