“Qarabağ”ın rəqibində baş məşqçidən narazılıq var

“Liverpul”un baş məşqçisi Arne Slot çətin vəziyyətlə üz-üzə qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis klub daxilində ciddi təzyiq hiss edir. Buna səbəb təkcə komandanın qeyri-sabit nəticələri deyil. Klubda transfer siyasəti ilə bağlı daxili narazılıq mövcuddur. Həmçinin, əsas komandada gənc futbolçulara az şans verilməsi rəhbərliklə baş məşqçi arasında fikir ayrılıqlarına yol açıb.

“Qırmızılar” İngiltərə Premyer Liqasında 20 turdan sonra 34 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Slotun komandası növbəti turda səfərdə “Arsenal”la qarşılaşacaq.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button