
“Qarabağ”ın rəqibində gərginlik artır
“Liverpul”un baş məşqçisi Arne Slotun ətrafındakı gərginlik sürətlə artır. Komanda dünən yenidən qələbə qazana bilməyib və doğma meydanda “Sanderlend”lə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Komanda.az “Indykaila News”-a istinadən xəbər verir ki, komandanın bəzi aparıcı futbolçuları niderlandlı mütəxəssisin tez-tez dəyişən taktikasından ciddi şəkildə narahatdırlar.
Bildirilir ki, Slotun oyuna yanaşmasında aydınlığın olmaması həm komandanın mübarizə ruhuna, həm də meydandakı çıxışına mənfi təsir göstərir.
“Liverpul” dekabrın 6-da Premyer Liqada “Lids”lə qarşılaşacaq. Bu matçda da uğursuz nəticə olarsa, klub rəhbərliyi Arne Slotun postunda qalıb-qalmamasına yenidən baxa bilər.
“Qırmızılar” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



