“Qarabağ”ın rəqibi isveçli futbolçu üçün rəsmi təklif göndərib

“Tottenhem”in 19 yaşlı yarımmüdafiəçisi Lukas Berqvall qış transfer pəncərəsində “Liverpul”un əsas hədəfi ola bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mersisaydlılar artıq “Tottenhem”ə 59 milyon avro məbləğində rəsmi təklif göndərib.

İsveçli futbolçu bu mövsüm bütün turnirlərdə 21 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button