“Qarabağ”ın rəqibi Marselonu belə təqdim etdi – VİDEO

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u yeni transferi Marselonu ictimaiyyətə təqdim edib.

Komanda.az xəbər verir ki, 34 yaşlı braziliyalı futbolçu stadionunun böyük hissəsini doldurmuş azarkeşlərlə görüşüb.

Marselonun ailəsi də “Karaiskakis” stadionunda olub. “Real”dan gələn müdafiəçi Pirey klubunda 12 nömrəli formanı geyinəcək

Braziliya millisinin sabiq üzvü “Olimpiakos”la 1+1 illik müqaviləyə qol çəkib.

“Qarabağ” “Olimpiakos”la oktyabrın 6-da Yunanıstanda, 13-də isə Bakıda qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button