
Kloppla Slotun fərqi
“Liverpul” sabiq baş məşqçisi Yurgen Kloppun rəhbərliyi altında “Enfild”də keçirilən 238 matçın cəmi üçündə 3 və ya daha çox top fərqi ilə məğlub olub.
Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, “qırmızılar” hazırkı baş məşqçisi Arne Slotun rəhbərliyi altında isə oktyabrın sonu ilə noyabrın sonu arasında 3 belə məğlubiyyətlə üzləşib. “Liverpul” bu mövsüm evdə UEFA Çempionlar Liqasında PSV-yə (1:4), Premyer Liqada “Nottingem Forest”ə (0:3) və federasiya kubokunda “Kristal Pelas”a (0:3) məğlub olub.
Slot 2024-cü ilin yayından bəri “Liverpul”a rəhbərlik edir. Niderlandlı mütəxəssis əvvəllər “Feyenoord”da çalışıb.
Klopp 2015-ci ilin oktyabrından 2024-cü ilin iyununa qədər “Liverpul”a rəhbərlik edib.
Komanda cari Çempionlar Liqası mövsümündə “Qarabağ”ın rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



