“Qarabağ”ın rəqibi cəzalandı

Belçika Futbol Assosiasiyası “Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan “Gent”i cərimələyib.

Komanda.az xəbər verir ki, buna sözügedən komandanın azarkeşlərinin ölkə çempionatı çərçivəsində baş tutan “Brügge” ilə ev oyunundakı (2:0) davranışları səbəb olub.

Klub fanatların sözügedən qarşılaşmada priotexniki vasitələrdən istifadə etməsi və təhqiredici şüarlar səsləndirməsi üzündən 1500 avro ziyana düşüb. Bundan başqa, “Gent”ə şərti cəza da verilib. İnsident 1 il ərzində təkrar olunarsa, komandanın ev oyunlarını keçirdiyi “Gelamko Arena”nın 225-ci sektoru 1 oyunluq azarkeşlərin üzünə bağlanacaq.

“Qarabağ” “Gent”lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə ayın 23-də Gentdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button