“Qarabağ”ın rəqibi Rafinya üçün 100 milyon avro təklif etməyi planlaşdırır

“Barselona”nın hücumçusu Rafinya Dias karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə çempionu “Liverpul” yayda braziliyalı futbolçu üçün 100 milyon avro təklif etməyi planlaşdırır.

28 yaşlı oyunçu Məhəmməd Salahın yerinə əla əvəzedici kimi qiymətləndirilir. O, bu mövsüm bütün turnirlərdə 7 matça çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button