
“Qarabağ”ın Kamil(o)i və məşhur həmyerlisi
“Qarabağ”ın hücumçusu Kamilo Duran UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la matçda qol vurmaqla adını tarixə yazdırıb.
Komanda.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, Azərbaycan çempionunun hücumçusu ÇL-də bir mövsümə 5 qol vurmuş ikinci kolumbiyalı kimi tarixə keçib. Ondan əvvəl bunu məşhur həmyerlisi Radamel Falkao etmişdi.
Falkao 2016/2017 mövsümündə “Monako”nun heyətində 5 qol vurmağı bacarmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



