“Qarabağ”ın futbolçusundan yubiley matçı

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubiley matçı Premyer Liqanın 21-ci turunda “Səbail”lə səfər qarşılaşmasında (1:2) baş tutub. İndiyə qədər 4 qola imza atan 33 yaşlı müdafiəçi Premyer Liqada iki klubun formasını geyinib. “Sumqayıt”da 26 matça çıxan futbolçu “Qarabağ”da 224-cü oyununu keçirib. O, bütün qollarını Ağdam klubunun heyətində vurub.

Bədavi Hüseynov Azərbaycan çempionatında 2011-12 mövsümündə debüt edib. O, ilk dəfə 2011-ci il sentyabrın 11-də “Qarabağ”la görüşdə (0:0) “Sumqayıt”ın heyətində meydançaya çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button