“Qarabağ”ın futbolçusu uzun müddətə sıradan çıxıb

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyevin durumuna aydınlıq gəlib. 

DÇ-2026-nın seçmə mərhələsinin Fransa ilə Bakıdakı matçının (1:3) ilk hissəsində zədələnən Məhəmmədəliyev fasilədə Aydın Bayramovla əvəzlənmişdi. 

Komanda.az xəbər verir ki, Məhəmmədəliyev iki aya yaxın müddətdə yaşıl meydandanlardan uzaq qalmalı olacaq.

O, qasıq nahiyyəsindən zədələnib və əməliyyat ediləcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button