“Qarabağ”ın futbolçusu: “Karyeramın sonu yaxınlaşır”

“Qarabağ”ın futbolçusu Maksim Medvedev karyerasının bitmək üzrə olduğunu deyib.

Komanda.az xəbər verir ki, Medvedev “metaratings.ru” saytına müsahibəsində karyerasını bitirdikdən sonra da bu sahədə qalmağı planlaşdırdığını bildirib:

“Karyeramın sonu yaxınlaşır. Futbolda qalmaq, biliklərimi yeni nəsillərə ötürmək istərdim. Gənclərlə ünsiyyət qururam, onlara doğru yolu göstərirəm, stressdən necə çıxmalı olduqlarını izah edirəm. Komandada qalmaq istərdim, amma seçim etməliyəm. Çünki karyeram bitdikdən sonra məşğul olmaq istədiyim çoxlu sahələr var”.

34 yaşlı müdafiəçi çalışa biləcəyi vəzifələri sadalayıb:

“Çoxu deyir ki, idman direktoru, məşqçi ola və ya akademiyada işləyə bilərəm. Amma bu gün hansının daha yaxşı olduğunu dəqiq bilmirəm. Minimumdan maksimum yararlanan məşqçi ilə işləyirəm və onun işini öz gözlərimlə görürəm. Məşqçilik kateqoriyam yoxdur, amma bilik baxımından özümü ilkin kateqoriyalara yaxın hiss edirəm”.

“Qarabağ”ın yetirməsi olan Maksim Medvedev 2006-cı ildən əsas komandada çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button