“Qarabağ”ın futbolçusu “Astana” və “Tvente”dən təklif alıb

“Qarabağ”ın kapitanı Maksim Medvedev klubun rəsmi “Youtube” kanalında azarkeşlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, o, vaxtilə Niderlandın “Tvente” və Qazaxıstanın “Astana” klublarından aldığı təkliflər barədə məlumat verib.

34 yaşlı müdafiəçi Enshede təmsilçisindən gənc yaşlarında dəvət aldığını bildirib: “Amma həmin vaxt ölkə xaricində oynamağa hazır deyildim. Ona görə də bu cür təkliflərə çox diqqət yetirmirdim. Daha da inkişaf edib komandama xeyir vermək istəyirdim”.

Təcrübəli oyunçu “Astana”dan da UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış etdikdən sonra təklif aldığını söyləyib: “Maraqlı variant idi. Müqavilədə böyük məbləğ yazılmışdı. Lakin məsləhətləşdikdən sonra “Qarabağ”da qalmağa qərar verdim”.

Medvedev Ağdam klubundan gedişinə ən çox üzüldüyü 3 futbolçunun adını da açıqlayıb. O, Ansi Aqolli, Patrik Andrade və Kadi Borgesin komandanı tərk etməsinə məyus olduğunu bildirib: “Ansi mənə çox yaxın insan idi. Daha sonra Andrade gedəndə çox üzüldüm. Çox yaxşı, əzmkar futbolçu idi. İnsan kimi də yaxşıdır. Sonda isə Kadini qeyd edərdim. Komandaya çox xeyri dəydi. Azarkeşlər də onu sevirdi”.

Xatırladaq ki, Maksim Medvedev 2006-cı ildən “Qarabağ”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button