“Qarabağ”ın çox gözəl oyun texnikası var” – Eddi Hou

“Nyukasl”ın baş məşqçisi Eddi Hounun UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la oyundan əvvəl mətbuat konfransı baş tutub.

Komanda.az xəbər verir ki, ingilis məşqçi sabahkı qarşılaşma haqda bunları deyib:

“Gözəl əhval-ruhiyyəylə gəlmişik. Biz çox gözəl analizlər etdik. “Qarabağ”ın çox gözəl oyun texnikası var. “Çelsi” ilə oyun hər iki komanda üçün çətin idi. Hər şey bizim üçün çox vacibdir. Tariximizə baxsaq, klubumuzun bizim üçün yeni imkan təqdim etdiyini bilirik. Bu şansımızı tarixi şans kimi dəyərləndirirəm. Biz uzaq yoldan gəlmişik, pozitivik. Azarkeşlərimiz də gəlib, bu bizim üçün çox xoşdur.

Bizi çətin oyunlar gözləyir. Biz bu cədvəli nəzərə almışıq, tənzimləyəcəyik. “Qarabağ”ın da çox aqressiv oyun tərzi var. Biz müqayisə etsək, bu çox çətin olar.

Uçuşumuz və səyahətimiz yaxşı keçdi, heç bir yorğunluğumuz yoxdur.

Qurban Qurbanov hörmətə layiqdir. Nailiyyətləri davam edir və bu liqada gözəl nəticələr göstərib. Bizim “Qarabağ”la oyunumuz asan olmayacaq.

Hazırda istədiyimiz oyunçu yoxdur. Lakin sağ və sol cinahlarınızda güclü oyunçularınız var”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button