“Qarabağ”ın “Arsenal”la oyununun başlama saatı bilindi

“Qarabağ”ın Avstriyada Rusiyanın “Arsenal” (Tula) komandası ilə keçirəcəyi yoxlama oyununun başlama saatı açıqlanıb.

Komanda.az xəbər verir ki, sabah oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” Avstriyadakı ilk sınaq matçında Bolqarıstanın ÇSKA (Sofiya) komandasını 1:0 hesabı ilə məğlub edib. Qurban Qurbanovun rəhbərliik etdiyi kollektiv son oyununda Almaniya “Auqsburq”u ilə üz-üzə gələcək. Oyun iyulun 15-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button