“Diqqətimizi bu oyuna ayırmalıyıq” – APOEL-in baş məşqçisi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan APOEL-in baş məşqçisi Tomas Doll Kipr çempionatının 8-ci turunda AEK-lə qarşılaşdığı oyundan sonra fikirlərini bildirib.

Komanda.az “24sports.com.cy/gr/” saytına istinadən xəbər verir ki, alman mütəxəssis, 0:0 hesabıyla bitən oyunu belə şərh edib:

“Yaxşı oyun göstərdik. Futbolçular bütün gücünü qoydu. İndi daha yaxşı olduğumuzu görə bilərsiz. Komandadakı inkişafı görürəm. Uzun müddət meydanın rəqibə aid hissəsində oynadıq. Futbolçuların mübarizəsindən razı qaldım, amma nəticədən məmnun deyiləm.

Pis oynadığımızı düşünmürəm. Daha güclü irəliləməliyik. APOEL və AEK kimi komandaların öndə olduğunu nəzərə alsaq, cəsur futbol baş tutdu. Bütün futbolçular savaşdı. Futbolda dürüst olmaq lazımdır. Hər şeydən narazı olmayın. Cümə axşamı Avropa Liqasında vacib oyunumuz var, diqqətimizi bu oyuna ayırmalıyıq”.

APOEL Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”la qarşılaşacaq. Qarşılaşma noyabrın 7-də Nikosiyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button