“Qarabağ”dan paylaşım: “Yoldaşlıq deyil, Qardaşlıq oyunu”

“Qarabağ” və “Qalatasaray” klubları martın 26-da keçiriləcək yoldaşlıq oyunu ilə bağlı paylaşım ediblər.

Komanda.az xəbər verir ki, “Qarabağ” rəsmi “feysbuk” hesabında “Yoldaşlıq deyil, Qardaşlıq oyunu” yazıb.

“Köhlən atlar” matçdan əldə olunacaq bütün gəlirlərin Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcəyini vurğulayıb.

İstanbul klubu da “tvitter” hesabında oyunun tarixi ilə bağlı paylaşım edib. “Sarı-qırmızılar” da hazırlıq qarşılaşmadan əldə ediləcək gəlirin zəlzələdən əziyyət çəkmiş vətəndaşlara bağışlanacağını xatırladıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button