“Qarabağ”a uduzan komandanın “sükan”ı Rieraya tapşırılacaq

İspaniyalı məşqçi Albert Riera Frankfurt “Ayntraxt”ının baş məşqçisi təyin olunmaq üzrədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 43 yaşlı məşqçi ilə müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə hazırdır.

Riera 2024-cü ildən Sloveniya komandası “Tsele”yə rəhbərlik edir və bundan əvvəl “Bordo”da çalışıb.

“Ayntraxt” hazırda Almaniya Bundesliqasında 19 oyundan sonra 27 xal toplayaraq, turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasında ümumi mərhələdə 33-cü yeri tutaraq, pley-offa yüksələ bilməyib.

“Ayntraxt” Çempionlar Liqasının 7-ci turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button