“Qarabağ” yeni rekorda imza atıb

“Qarabağ” Premyer Liqanın 2023/24 mövsümündə 50-ci qolunu vurub.

Komanda.az xəbər verir ki, bu, 20-ci turun “Kəpəz”lə səfər matçına (2:1) təsadüf edib. Ağdam klubunun yubiley qoluna Toral Bayramov imza atıb.

“Qarabağ” ölkə çempionatları tarixində 15-ci dəfə mövsüm ərzində 50 və ya daha çox qol vurub. Bu, yarışın yeni rekordudur. Bölgə təmsilçisi 14 dəfə “50”yə çatan “Neftçi”ni arxada qoyub.

Ümumilikdə isə çempionatın 32 illik tarixində 62-ci dəfə komandalardan biri buna nail olub. İndiyədək 17 klub belə məhsuldarlıq göstərib: “Qarabağ” – 15, “Neftçi” – 14, “Kəpəz” – 7, “Şamaxı” – 4, “Bakı”, “Turan”, “Şəmkir” – 3, “Karvan”, “Xəzər” S, “Xəzər Lənkəran” – 2, “Şüvəlan”, “Azəri”, “İnşaatçı” B, “Kürmük”, “Viləş”, “Sabah” və “Xəzri” – 1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button