
“Qarabağ” Xorvatiya komandasını məğlub etdi
Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” növbəti yoxlama oyununda da qələbə qazanıb.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan çempionunun qələbəsi ilə bitib – 3:1. “Köhlən atlar”ın qollarını 49-cu dəqiqə Musa Qurbanlı, 57-ci dəqiqədə Aleksey Kaşuk və 90+3-cü dəqiqədə Abbas Hüseynov vurublar.
“Qarabağ” bu gün saat 19:00-da Polşanın “Zaqlebye” komandası ilə də yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın “Neftçi” klubunu beş cavabsız qolla üstələyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



