“Qarabağ” və “Neftçi”nin yeni potensial rəqibləri

Klublarımızın avrokubokların pley-off mərhələsindəki yeni potensial rəqibləri məlum olub.

Komanda.az xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə qarşılaşacaq “Qarabağ”ın da potensial rəqibləri müəyyənləşib. Səpələnməmişlər səbətində yer alacaq cütlüyün rəqibi 4 qarşılaşmadan birinin qalibi olacaq:

PAOK (Yunanıstan) – Ayaks (Hollandiya)
ÇFR (Rumıniya) – Seltik (Şotlandiya)
Srvena Zvezda (Serbiya) – Kopenhagen (Danimarka)
Dinamo (Xorvatiya) – Ferentsvaroş (Macarıstan)

Təmsilçimiz 3-cü təsnifat mərhələsində məğlub olarsa, mübarizəni Avropa Liqasının pley-off  mərhələsində davam etdirəcək. Bu zaman “Qarabağ” səpələnmişlər səbətində yer alacaq. Rəqib isə Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki cütlüklərdən birinin qalibi olacaq:

Sutyeska (Çernoqoriya) – Linfild (Şimali İrlandiya)
Ludoqorets (Bolqarıstan) – TNS (Uels)
Sarayevo (Bosniya və Herseqovina) – BATE (Belarus)
Astana (Qazaxıstan) – Valletta (Malta)
Slovan (Slovakiya) – Dandalk (İrlandiya

Azərbaycanı Avropa Liqasında təmsil edən “Neftçi” isə turnirin 3-cü təsnifat mərhələsindəki rəqibi İsrailin “Bney Yehuda” klubunu keçəcəyi halda, pley-offda 5 cütdən birinin qalibi ilə qarşılaşacaq:

Antverpen (Belçika) – Viktoriya (Çexiya)
Brondbü (Danimarka) – Braqa (Portuqaliya)
Vaduts (Lixtenşteyn) – Ayntraxt (Almaniya)
Malmö (İsveç) – Jrinski (Bosniya və Herseqovina)
Partizan (Serbiya) – Malatyaspor (Türkiyə)

Pley-off mərhələsinin püşkatma mərasimi avqustun 5-də, İsveçrənin Nyon şəhərində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button