
“Qarabağ” uduzdu, Azərbaycan gerilədi
Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.
Komanda.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının 5-ci turunda “Napoli”yə məğlubiyyətindən sonra (0:2) baş verib.
Hazırda Azərbaycan 22.250 əmsalla 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki Ukraynanın 22.350 əmsalı var. Sloveniya isə 22.218 əmsalla 27-cidir.
UEFA reytinqində İngiltərə (101.783) ilk sıraradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



