
“Qarabağ” Türkiyəyə yollandı
“Qarabağ” qış təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yola düşüb.
Komanda.az xəbər verir ki, Azərbaycan çempionunun hazırlıq prosesi Antalya şəhərində baş tutacaq.
Ağdam təmsilçisinin Türkiyə toplanışı ayın 17-dək davam edəcək. “Qarabağ” burada yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə, yanvarın 16-da isə Polşa təmsilçisi “Zaqlebye Lubin”lə yoxlama oyunlarında qüvvəsini sınayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



