“Qarabağ” tərifə layiqdir” – “Bayer”in hücumçusu

“Bayer”in hücumçusu Patrik Şik Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Qarabağ” üzərində qazandıqları qələbəni (3:2) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, çexiyalı forvard “Qarabağ”ın Bundesliqadakı rəqiblərindən tamamilə fərqli üslubda oynadığını bildirib:

“Bu oyun, bu sonluq – hamısı gözəldir! Son dəqiqələr bizim üçün çılğın oldu: ilk matçda olduğu kimi, oyunun son anına qədər mübarizə aparmalı olduq. “Qarabağ” tərifə layiqdir: Bundesliqadakı rəqiblərimizdən tamamilə fərqli üslubda oynayırlar. Bu, işimizi çətinləşdirdi. Hücumçu kimi meydançaya çıxmaq və həlledici qollar vurmaq mənim üçün inanılmaz dərəcədə faydalıdır. İndi 1/4 finalı səbirsizliklə gözləyirik. Növbəti kimin olmasının fərqi yoxdur, biz hər kəsə qalib gələ bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button