“Qarabağ” səddini keçmək lazımdır”

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan “Marsel”in futbolçusu Sedrik Bakambu Fransadakı matç (3:1) barədə danışıb. 

Komanda.az xəbər verir ki, 31 yaşlı hücumçu yerli mətbuata açıqlamasında, “Qarabağ”ı keçərək, növbəti mərhələyə yüksəlməyin vacibliyini vurğulayıb:

“Qarabağ” səddini keçmək lazımdır. Oyundan əvvəl heç vaxt güclü olduğunu deyə bilməzsən. Rəqiblərinizi həmişə qiymətləndirməlisiz”. 

“Qarabağ”la “Marsel” arasında cavab matçı fevralın 24-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button