“Qarabağ” – “Qalatasaray”: 2… 100 manat

“Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə oyunu keçiriləcəyini xəbər vermişdik.

Oyun Bakı Olimpiya Stadionunda keçiriləcək. Martın 26-da təşkil olunacaq matç saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunan gəlir Türkiyədən zəlzələdən əziyyət çəkənlər üçün təsis edilmiş yardım fonduna köçürüləcək.

Komanda.az xəbər verir ki, “Qarabağ” klubu azarkeş marağını nəzərə alaraq, oyun üçün 60 min civarında bilet sifariş edib.

Yaxın günlərdə satışa çıxarılacaq əksər biletlərin qiyməti 2-5 manat arasında dəyişir. Ən bahalı bilet isə 100 manatdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button