“Qarabağ”ın oyununu stadiondan izləmək istəyənlərin nəzərinə!

“Qarabağ” klubu bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi Lüksemburqun “Düdelanj” klubuyla qarşılaşacaq. Qarşılaşmanı stadiondan canlı izləyəcək azarkeşlər saat 00:30-a qədər metronun “Gənclik” stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər. Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.

Məmmədov onu da bildirib ki, digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə, saat 00:00-da bağlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button