“Qarabağ” məğlubiyyətdən son anda xilas oldu

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi Lüksemburqun “Düdelanj” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma “Qarabağ” üçün uğursuz alınıb. İkinci hissənin əvvəlindəcə azlıqda qalan təmsilçimiz məğlubiyyətdən son anda xilas oldu.

Qrupun digər matçında isə pley-off mərhələsinə vəsiqəni təmin edən APOEL ilə “Sevilya” klubları üz-üzə gəlib. İspaniya təmsilçisi bu oyunda minimal hesabla məğlub olub – 0:1.

Avropa Liqası, qrup mərhələsi, 6-cı tur

12 dekabr

Qarabağ – Düdelanj (Lüksemburq) 1:1
Qol: Maqaye Geye, 90+1 – Sabir Buqren, 63.
Qırmızı vərəqə: Qara Qarayev, 46 (ikinci sarı).
Baş hakim: Kristo Tohver (Estoniya)

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Asmir Beqoviç, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 20. Riçard Almeyda, 23. Faysal Rerras, 71. Tural Bayramov, 99. Maqaye Geye.
Baş məşqçi: Qurban Qurbanov.
Düdelanj: 1. Conatan Juber (k), 4. Kobe Kools, 5. Tom Şnell, 10. Dominik Ştolz, 16. Tibo Leskua, 20. Mişel Qaros, 22. Antuan Bernye, 27. Adel Bettaeb, 28. Şarl Morren, 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren.
Ehtiyat oyunçular: 30. Tim Kips, 8. Mario Pokar, 13. Omar Natami, 15. Rikardo Delqado, 23. Rayan Klapp, 24. Mehdi Kirx, 98. Loren Mendi.
Məşqçi: Lehit Zeqdane.

APOEL (Kipr) – Sevilya (İspaniya) 1:0
Qol: Saviç, 61.
Baş hakim: Nikolo Dabanoviç (Monteneqro)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button