ÇL: “Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki oyununun hakimləri açıqlandı

“Qarabağ” Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, UEFA “köhlən atlar”ın 2-ci təsnifat mərhələsindəki matçının hakimlərini açıqlayıb.

“Qarabağ”ın növbəti mərhələdəki oyununu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Furkat Atajanov olacaq. Ona yan xətt hakimləri Sergey Kalaçyov və Darhan Tulegenov köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Qrigori Moskovçenko yerinə yetirəcək.

“Qarabağ” növbəti mərhələdə “Şerif” – “Fola Eş” cütünün qalibi ilə qarşılaşacaq. Ağdam təmsilçisinin 2-ci təsnifat mərhələsindəki matçı avqustun 26-da olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Bu gün keçiriləcək “Şerif” – “Fola Eş” matçı saat 22:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button