“Qarabağ”: Qapıda və müdafiədə etibarlı!

“Qarabağ” bu mövsüm Konfrans Liqasında 7 oyun keçirib.

Komanda.az xəbər verir ki, bu matçların 6-sı təsnifat mərhələsi, 1-i isə qrup mərhələsi çərçivəsində olub.

“Qarabağ” bu oyunların cəmi 2-sində qol buraxıb. Ağdam təmsilçisi Kiprin AEL və Şotlandiyanın “Aberdin” komandası ilə səfər matçlarında qapısını toxunulmaz saxlaya bilməyib. “Köhlən atlar” hər iki oyunda 1 qol buraxıb. Onu da bildirək ki, bu oyunlarda vurulan qolların hər biri uzatma dəqiqələrində qeydə alınıb.

“Qarabağ” Konfrans Liqasının H qrupunda “Bazel” (İsveçrə), “Omoniya” (Kipr) və “Kayrat”la (Qazaxıstan) mübarizə aparır.

“Qarabağ”ın bu mövsüm Konfrans Liqasındakı oyunları

2-ci mərhələ

Qarabağ – Aşdod (İsrail) / ilk oyun 0:0, cavab oyunu 1:0

3-cü mərhələ

Qarabağ – AEL (Kipr) / 1:1, 1:0

Pley-off mərhələsi

Qarabağ – Aberdin (Şotlandiya) / 1:0, 3:1

Qrup mərhələsi

Qarabağ – Bazel (İsveçrə) / 0:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button