“Qarabağ” aparıcı futbolçusu ilə vidalaşmağa hazırlaşır

Abdullah Zubir bu yay “Qarabağ”dan ayrıla bilər.

Komanda.az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı futbolçu ilə Fransanın aşağı liqa klubları və Səudiyyə Ərəbistanının bir neçə təmsilçisi maraqlanır.

“Qarabağ” da uzun illərdir komandanın formasını geyinən futbolçu ilə vidalaşmağa isti yanaşır. Bunun əsas səbəbi isə Zubirin yaşıdır. Fransalı futbolçu özü də artıq karyerasını ya vətənində, ya da başqa bir ölkədə davam etdirmək variantı haqda düşünür.

Zubir 2018-ci ildən “köhlən atlar”ın şərəfini qoruyur. Onun klubla müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.

Peşəkar karyerasına Fransanın “Qrenobl” klubunda başlayan futbolçu bu ölkədə “İstr” və “Lans” kimi komandaların da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button