Qara Qarayev: “Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”

AÇ-2020-nin seçmə mərhələsində Macarıstan yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının yarımmüdafiəçisi Qara Qarayev media nümayəndələri ilə görüşüb.

Komanda.az xəbər verir ki, o, jurnalistlərlə görüşdə bunları deyib:

  • Sabahkı oyun bizim üçün çox önəmlidi. Rəqibin gücünü bilirik. Xorvatiyanı məğlub etməklə bunu göstərdilər. Azarkeşlərimizin dəstəyi ilə əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
  • Bir aya yaxındı ki, bir yerdəsiz. Çatışmayan nəsə varmı?
  • Hər hansı məğlubiyyət haqda danışmaq istəmirik. Futbolda hər şey mümkündü. Məğlub olsaq da, “nəsə çatışmazlıq var” deyə bilmərik. Nədənsə gileylənəcəyimiz, narazı olduğumuz bir məsələ yoxdu.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button